Moskvada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

  • Müəllif: admin
  • 23 Yanvar 2018 16:34

Moskvada dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, fevralın 1-də Moskva Dövlət Konservatoriyasının kiçik zalında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan kamera konsertinin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. 

Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər iştirak edəcəklər. 

Gununsesi.info