Nazir Xırdalanda bu rayonların sakinlərini qəbul edəcək

  • Müəllif: admin
  • 23 Yanvar 2018 16:58

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilanrayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan Gununsesi.info-ya verilən məlumata görə, qəbul 26 yanvar saat 11:30-da keçiriləcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

Abşeron rayonunda                 012 3423300

Sumqayıt şəhərində                 018 6423500

Qubadlı  rayonu üzrə               018 6483393

Şuşa rayonu üzrə                     012 4584686

Zəngilan rayonu üzrə               012 4326166

Gununsesi.info