Təcili yardım işçilərinin maaşları artırıldı – MƏBLƏĞLƏR

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 13:11

Təcili tibbi yardım sistemində çalışan bir sıra tibb işçilərinin əməkhaqları artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Yeni qaydaya əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin əməkhaqqı 1550 manatdan 2200 manata yüksəldilib. Beləliklə, həkimlərin maaşı 650 manat və ya 42 faiz artıb.

Mərkəzin stansiya müdirlərinin əməkhaqqı 1750 manatdan 2700 manata çatdırılıb. Bu vəzifə üzrə artım 950 manat və ya 54 faiz təşkil edir.

Təcili tibbi yardım tibb bacılarının maaşı 1100 manatdan 1210 manata, “Ambucycle” feldşerlərinin əməkhaqqı isə 1100 manatdan 1810 manata qaldırılıb. Artım müvafiq olaraq 10 və 64,5 faizdir.

Yeni əməkhaqları 1 sentyabr 2026-cı il tarixindən tətbiq olunur.

Gununsesi.info