Prezident İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb

  • Müəllif: admin
  • 23 Yanvar 2018 20:08


Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun Gürcüstanın hökumət administrasiyasının məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və uğurla həyata keçirilən birgə layihələr barədə müzakirə aparılıb.

Tərəflər istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu layihə böyük rol oynayır və regionda yeni imkanlar yaradır.

Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd ediblər.

 

Gununsesi.info