Qızılın qiymətində 4 dollara qədər artım müşahidə olunur

  • Müəllif: admin
  • 24 Yanvar 2018 09:40

Amerika fond bazarında “Dow Jones” indeksi 0,01% – 26 210,81 bəndədək ucuzlaşıb, “S&P 500” 0,22% – 2 893,13 bəndədək, NASDAQ isə 0,71% – 7 460,29 bəndədək bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,21% – 7731,44 bəndədək, Almaniya DAX-ı 0,71% 13 559,60 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,12% – 5 535,29 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar artaraq 1 340,60 dollara, gümüşün qiyməti isə 0,13 dollar bahalaşaraq 17,07 dollara satılıb.

Gununsesi.info