
Millət vəkili Şahin İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi, yəni, “Cümhuriyyət ili” ilə bağlı Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı Gəncədə xüsusi iclasın keçirilməsi təklifilə çıxış edib.
Gununsesi.info xəbər verir ki, millət vəkili bu təklifini Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında irəli sürüb:
“Hesab edirəm ki, Gəncədə komitəmizin ADR rəhbərliyinin ilk vaxtlar fəaliyyət göstərdiyi binada xüsusi iclas keçirməsi məqsədəuyğyun olardı. Bu tədbirə ətraf bölgələrdən olan millət vəkilləri və idman mütəxəssisləri, idmaçnılar da dəvət olunardı. Bu, yerinə düşən bir addım olardı…”
H.NİHAT
Gununsesi.info











