Damlanın 1 milyonluq səhifəsi OĞURLANDI

  • Müəllif: admin
  • 30 Yanvar 2018 11:42

Azərbaycanın tanınmış müğənnisi Damlanın başına iş gəlib.

Gununsesi.info xəbər verir ki, qısa müddət ərzində instaqram sosial şəbəkəsində 1 milyona yaxın izləyici toplayan müğənninin səhifəsinə hakerlər hücum edib.

Bu barədə ifaçının prodüseri məlumat yayıb. O, səhifənin geri alınması barədə hərəkətə keçdiklərini bildirib:

“Damlanın profili oğurlanıb. Səhifəni qaytarmaq üçün hazırlıqlar gedir. Yaxın günlərdə aramızda olacaq, sizin üçün darıxır”.

Gununsesi.info