Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

  • Müəllif: admin
  • 30 Yanvar 2018 11:36

Gəncə şəhəri, Nizami rayon sakini, 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristianyönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub.

Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristianyönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

Gununsesi.info