Studiyada yıxılan aparıcı danışdı - "TELEFONUM SUSMUR"

  • Müəllif: admin
  • 02 Fevral 2018 13:08

“Xəzər Xəbər”in  aparıcısı Günel Qədimovanın efirdən sonra yıxılması, qapalı kəllə-beyin travması  alması barədə xəbər yayılıb.  İddia olunub ki, hadisə ötən gün proqramın 15:00 buraxılışından sonra baş verib, xəsarət alan aparıcı “təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

Gununsesi.info xəbər verir ki, “qafqazinfo” mövzu ilə bağlı G. Qədimova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin şişirdildiyini, səhhətinin qaydasında olduğunu bildirib:

“Mənim səhhətim qaydasındadır, ciddi problem yoxdur. Sadəcə olaraq məlumat şişirdilib. Bayaqdan zənglər gəlir, telefonum susmur, dostlarım narahat olublar”.

Gununsesi.info