Çingiz Qənizadə komitəyə üzv seçildi

  • Müəllif: admin
  • 02 Fevral 2018 16:50

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə yeni üzvlər təyin edilib.

Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, Komitəyə yeni seçilmiş üzvlər -Sahibə Qafarova və Çingiz Qənizadədir.

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları  Azər Kərimli, Elman Nəsirov, Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyevdir.

Gununsesi.info