Venesuelada iğtişaş baş verib - 3 ÖLÜ

  • By admin
  • 07 Fevral 2018 09:00

Venesuelanın Delta-Amakuro ştatının Tukupita şəhərində qarət və ixtişaşlar baş verib.

Gununsesi.info xəbər verir ki, etirazlara səbəb milli qvardiyanın bələdiyyə bazarında malların qeyri-qanuni alqı-satqısı ilə məşqul olan alverçilərin ərazidən çıxarmaq cəhdi olub.

Etirazçılarla hərbiçilərin toqquşması nəticəsində ən azı 3 nəfərin, o cümlədən bir qvardiyaçının həlak olduğu bildirilir.

Qarşıdurmanın milli qvardiya əsgərlərinin alverçilərdən malları müsadirə etmək istəməsindən sonra başlandığı bildirilir.

Gununsesi.info