
ABŞ dövlət katibi Reks Tillerson narkotik vasitə olan kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.
“Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, – deyə Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.
Tillerson həmçinin Venesueladan ABŞ-a miqrant axınının artdığını da müzakirə edib.
Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib.
Gununsesi.info











