Telejurnalistdən qandonduran sözlər: "ADAM ÖLDÜRƏCƏK OLSAQ, TBMM VAR..."

  • Müəllif: admin
  • 27 Fevral 2018 11:06

Türkiyənin Akit TV kanalında yayımlanan “Gün Başlıyor” proqramının aparıcısı Ahmet Keser hər kəsi şoka salan və Türkiyədə böyük etirazlara səbəb olan cümlələr işlədib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, proqramın dünənki buraxılşında Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində sivil-mülki insanları öldürdüyü iddialarına əsəbiləşən Keser bunları deyib:

“Sivil-mülki insan öldürəcək olsaq “Cihangir”dən başlayarıq… “Nişantaşı”, “Etiler”… Bir sürü xain var… Türkiyə Böyük Millət Məclisi var (TBMM)… ”.

Qeyd edək ki, Keser iki il öncə isə Adananın Aladağ bölgəsində 11-i uşaq, 1-i müəllim olan 12 insanın faciəli şəkildə həyatını itirdiyi “yurt” yanğını faciəsi ilə bağlı da çox skandal  yaradan ifadələr səsləndirmişdi.

Keser, “O uşaqları sənin sarıldığın Cümhuriyyətt yandırdı, “Nişantaşı”nda “Cihangir”də oturan Bəyaz Türklər yandırıb-yaxdı”– demişdi.

H. NİHAT

Gununsesi.info