ABŞ-da fövqəladə vəziyyət elan edilib - SƏBƏB

  • By admin
  • 03 Mart 2018 09:10

Qeyri-sabit hava şəraiti ABŞ-ın Virciniya ştatında 2 nəfərin həyatına son qoyub.

Gununsesi.info xəbər verir ki, fərdi yaşayış evinin üzərinə ağacın düşməsi nəticəsində 6 yaşlı uşaq ölüb, Baltimor dairəsində isə ağacın aşması 77 yaşlı qadının ölümünə səbəb olub.

Virciniyanın qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Güclü küləklə müşayiət olunan qar və yağış ABŞ-ın 15 ştatında qeydə alınıb. 1 milyondan çox istehlakçı elektrik enerjisiz qalıb, hava limanlarında minlərlə aviareys ləğv edilib.

Martın 2-də paytaxt Vaşinqtonda güclü külək səbəbindən dövlət idarələri və məktəblər işləməyib.

Gununsesi.info