Mənzildə köməksiz qalan 2 uşaq XİLAS EDİLDİ

  • By admin
  • 03 Mart 2018 09:05

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.

Gununsesi.info