Növbəti Bakı Şopinq Festivalının tarixi AÇIQLANDI

  • Müəllif: admin
  • 07 Mart 2018 14:06

Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.

Azərbaycan Konqreslər Bürosundan Gununsesi.info-ya verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına – karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Gununsesi.info