
Ölkə iqtisadiyyatının idxaldan asılığı 33 faiz artıb.
Gununsesi.info bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
DGK-nin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında 206,7 milyon dollarlıq yeyinti məhsulun idxal etmişik. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal etdiyimiz yeyin məhsulların həcmi 13.4 faiz artıb. Ən böyük artım ət, buğda və çayda müşahidə edilir. Kərə yağı və şəkər idxalı kəskin aşağı düşüb.
Aşağıdakı cədvəldə yanvar-fevral ayları üzrə yeyinti məhsulların ixdal həcmi təqdim edilir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında idxalın həcmi 1 milyard 451 milyon dollar təşkil edib. Ən çox məhsulunu idxal etdiyimiz ölkələr isə Rusiya, Türkiyə, Çin, Almaniya və ABŞ təşkil edir.
Vüsalə
Gununsesi.info












