
Yeni il günü Bakıda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdətəqsirləndirilən 25 yaşlı Elmar Qasımov məhkəmə qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı aprelin 1-nə təyin olunub.
İttihama görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Gülər
Gununsesi.info












