Avropa İttifaqı “Facebook”a qarşı sərt tədbirlər görəcək

  • By admin
  • 25 Mart 2018 12:08

Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Vera Yurova istifadəçilərin şəxsi məlumatları ilə bağlı qalmaqalla üzləşən “Facebook” sosial şəbəkəsinə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, V. Yurova “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib ki, 50 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatlarının sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.

Komissar “Facebook” rəhbərliyindən vəziyyətlə bağlı rəsmi açıqlama tələb edib: “Mən “Facebook” rəhbərliyindən tələb edirəm ki, bu qalmaqalın Avropadakı istifadəçilərə nə dərəcədə təsir etməsinə aydınlıq gətirsin”.

Gununsesi.info