Venesuellanın Karabobo ştatının Valensiya şəhərində həbsxanada məhbuslar qiyam qaldıraraq , polisləri girov götürüb, həbsxanadan qaçmaq üçün yanğın törədiblər.
Gununsesi.info “El Universal”-a istinadən xəbər verir ki, Venesuellanın baş prokuroru Tarek Vilyam Saabın sözlərinə görə, qiyam nəticəsində 66 kişi və 2 qadın ölüb. Verilən xəbərə görə, qiyam qaldıran məhbuslar polisləri girov götürüb silah əldə etdikdən sonra döşəkləri yandırıblar. Bu yolla məhbuslar həbsxanadan qaçmaq istəyiblər. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, bir qismi diri-diri yansada, müəyyən hissəsi tüstüdən zəhrələnərək boğulma nəticəsində ölüb.
Gununsesi.info












