
Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Gununsesi.info-nun məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, təcili yardımın bütün işçiləri iş başında olacaq: “Hər bir çağırışa çevik cavab verəcəyik”.
Gununsesi.info












