ABŞ Səudiyyə Ərəbistanına 1,3 mlrd dollarlıq artilleriya silahı satacaq

  • Müəllif: admin
  • 06 Aprel 2018 11:26

Tramp administrasiyası Səudiyyə Ərəbistanına 1,3 mlrd. dollarlıq artilleriya silahı satmaq barədə qərar vermək niyyətindədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən xəbərə görə, Konqress Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı qərarı təsdiqləməyəcək. Qanunverici orqan 30 gün müddətində silah satışını təsdiqləmək və ya imtina etmək barədə qərar verməlidir.

Əgər qərar qüvvəyə minərsə, o zaman ABŞ Səudiyyəyə 180 “Paladin” qaubitsa sistemi satacaq.

Səudiyyə Ərəbistanının vəliəhdi Mühəmməd ibn-Salamın Vaşinqtona səfəri zamanı ümumilikdə ABŞ-dan 2,3 mlrd. dollardan artıq silah almaq barədə razılıq əldə olunub.

Gununsesi.info