Putinin andiçmə mərasiminin vaxtı AÇIQLANDI

  • Müəllif: admin
  • 11 Aprel 2018 14:55

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

Mərasimə bir çox dövlət və hökumət rəhbərlərinin gələcəyi gözlənilir. Putin martın 18-də keçirilən prezident seçkilərində 76,69% səs toplayaraq yenidən ölkə başçısı seçilmişdi.

Gununsesi.info