Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var

  • Müəllif: admin
  • 16 Aprel 2018 20:17


Yevlax rayonunda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hazırda qəza baş verən ərazəyə DYP əməkdaşları və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info