Bakıda tozun miqdarı azalmağa başladı - NAZİRLİK

  • By admin
  • 19 Aprel 2018 16:46

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, bu gün saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması nəticəsiində yaranıb.

Gununsesi.info