
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfər edib. Gununsesi.info-nun xəbərinə görə, birinci vitse-prezidentin səfərdə məqsədi Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransa qatılmaq olub. UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda iştirak edən birinci vitse-prezident tədbirdə çıxış edib və çoxsaylı görüşlər keçirib.
















