Texasda məktəbdə atışma nəticəsində 8 nəfər ölüb

  • By admin
  • 18 May 2018 19:40


ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 8 nəfər ölüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “АВС13” telekanalı mənbələrinə istinadən xəbər verir.

Ölənlərin müəllim və ya şagird olduğu bilinmir.

Atəş açan şəxs saxlanılıb

Qeyd edək ki, Santa-Fe məktəbində 1 400-dək şagird təhsil alır.

*** 17:50

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) orta məktəbdə atışma olub.

Gununsesi.info xəbər verir ki, bu barədə məktəbin bəyanatında deyilir.

“Bölgə mühasirəyə alınıb. Əlavə məlumat əldə edən kimi yeni bilgi veriləcək”, – bəyanatda vurğulanır.

Gununsesi.info