İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Məsud Pezeşkian İranın xarici işlər naziri Abbas Əraqçinin müşayiəti ilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.
İran Prezidentinin səfərinin iki gün davam edəcəyi bildirilir. Pezeşkian Bişkekdə keçiriləcək ŞƏT-in dövlət başçıları sammitində çıxış edəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan da iki günlük işgüzar səfərlə Qırğızıstana gedib.
Paşinyan ŞƏT sammitinin “ŞƏT+” formatında keçiriləcək görüşündə və onun çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan Baş nazirinin xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.












