AST Telman işçilərinin maaşını vermir -“Mardan Palace”ın qarşısında aksiya

  • Müəllif: admin
  • 30 May 2018 16:32

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.

 Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.