
Mayın 30-u Rusiyada güclü külək fırtınaya çevrilib.
Gununsesi.info xəbər verir ki, küləyin sürəti 20 m/saniyəyə qədər çatıb.
Tatarıstan və Udmurti kimi yerlərdə evlərin damı uçub, qarajlar çevrilib, aşan ağaclar isə avtomobillərə böyük ziyan vurub. 100-lərlə yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.











