“Damlanı yox, Toliki məhkəməyə verəcəm…” - Elzadan qalmaqallı sözlər

  • By admin
  • 01 İyun 2018 14:32

Deyirlər Damlanı və köməkçisini məhkəməyə vermişəm. Xeyr, mən onları yox, Toliki məhkəməyə verəcəm. Verilişində mənim adımdan yalan sözlər danışıb.

Gununsesi.info Müğənni prodüser-aparıcı Tarix Əliyevin Damlanı müdafiə etməsinə əsəbiləşib. Seyidcahan bildirib ki, “Hər şey daxil” verilişində onun adından yanlış sözlər işlədilib:

“Guya mən Damlanı evimə çağırıb, ona bəstə vermək istəmişəm. Yalan sözlərdir. Damla qalıb kənarda, bu düşüb ortaya cavab verir. Mənim adımdan, Tolik, nə ixtiyarla bilmədiyin şeyləri verilişində deyirsən? Aparıcısan otur özündən, başqa şeylərdən danış. Verilişə reytinq gətirmək istəyir deyə, hər səhər müzakirəsinə Elza ilə başlayır. Qəti narazılığımı bildirirəm, əsilsiz, sübutsuz informasiya yayır. Adımdan çəkinmədən elan verirsən, arxasında dura biləcəksən? Kimin buynuzu qaşınır gəlib Elza Seyidcahana sürtür. Damla Seyidcahan arasında münasibəti özləri bilərlər. Tolik kimilərin ortada qalmaları özlərinə pislik etmələridir.

“ATV maqazin onlarla” verilişində mənə müğənniləri göstərdilər, peşəkar musiqiçi kimi onları müzakirə etdim. Verilişinə reytinq qazanmaq istəyirsə, mənim adımı çəkməlidir? Mənim əsərlərim haqqında deyirlər ki, Elza bundan sonra yazmasa da bəsdir”.

E.Seyidcahan heç kimi yalandan tərifləməyəcəyini söyləyib:

“Tolik kimi kimisə puluna görə tərifləməyəcəm, onları uçuruma aparmayacam. Mən də istəyirəm ki, onlar sənətdə ömürlük qalsınlar. Orada Damla haqqında başqa sözlər də demişəm, amma montaj edilir. Tolik hər zaman efirinə çağırıb, hörmətlə getmişəm, reytinqini qaldırmışam. Mənim sənlə nə işim ola bilər, ay Tolik? Verilişdə özünə sərf edənləri otuzdurub, məni tənqid edirsiniz.

“SƏNƏ PULLU MÜĞƏNNİ LAZMDIR Kİ, TƏRİFLƏYƏSƏN”

Elza yaradıcılığı göz qabağındadır. Gündəm üçün bilə-bilə bəstələmir. Tarix, sənin nə başın çıxır Elzanın sənətindən danışasan? Sənə lazımdı pullu müğənni tapasan, birinə maşın, birinə ev, birinə papaq aldırasan. Mənim alnım da, üzüm də, keçmişim də, hamının qarşısında açıqdır”.

Müğənni Tolikin “Siz, İlhamə Quliyeva qədər yada düşməyəcəksiniz” sözlərinə çox qəzəbləndiyini gizlətməyib:

“İlhamə Quliyeva tarixə düşən müğənnidir. Hamı deyir hörmətsiz öldü… Səhv edirlər. İndiki gündə Fəxri Xiyabanda dəfn olunub. Özünə görə olmasa da, atasına və anasına görə yaddaşlara düşəcək. İfa etdiyi əsərləri demirəm… Elə insan doğulmayacaq ki, onun kimi oxusun. İlhamə Quliyevanı Allah seçdi, bəzi belə insanların güdazına getdi özünü hörmətdən saldı. Elza da az-çox tarixə düşəcək. Bəs sən, nəylə yadda qalacaqsan. İlhamə Quliyeva dəfn olunanda mən var idim, Tolik yox. Üç gün əvvəl onun ad günündə idi. İndi də İlhaməni yuxuda görəndə halva çalıram, “Yasin” oxutdururam”.

“MƏNFURDUR….”

Sənətçi son günlər bayağı mahnılar oxuyanlardan danışıb:

“Mənə heç kimin pulu lazım deyil, Allah çörəyimizi yetirir. Bəstəkarlardan fərqli olaraq, çox müğənniyə mahnımı havayı vermişəm. Onun istedadını görmüşəm və bu addımı atmışam. Məclisə gedəndə bayağı mahnı oxuyanları qınamıram. Mən efirləri qınayıram ki, belə musiqiləri bilərəkdən təbliğ edirlər. Oğlumun da şəkli olsaydı, cırıb atacaqdım o musiqiyə görə. İndi yəqin maşınına təkər aldırmaq istəyir deyə, Damlanı tərifləyir. Mənfurdur. Ondan qorxmuram, sadəcə, yola verirəm. Damlanı yox, onu məhkəməyə verəcəm. Hələ Kərim Abbasov çıxıb məndən danışır… Heç kimi təhqir etməmişəm, normal cavab vermişəm. Kimlərsə özünü şirin göstərmək üçün bu cür danışır. Milçək qana yığılar. Mənim tələbəm Elnur Məmmədov indi mənimlə münsif kürsüsündə əyləşir. Mən bu cür sənətkaram.

Mən əsərlərimi ortaya atmışam Tolik… Mənim mahnımı təhqir edir… Mən özüm qədər yada düşəcəm. Sən kim qədər yada düşəcəksən? Onun-bunun pulunu alıb, bilinmir hansı məssəbə qulluq edir. Orucluqda anamın, mənim əsəblərimi korlayıb. “Sabahın xeyir” deməmiş, Elza Seyidcahan deyir efirdə. Damla təhqir kimi anlamadı, Tolik düşüb ortaya.