Gununsesi.info-nun məlumatına görə, bu barədə “Bloomberg” xəbər yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub və təsmi açıqlama gözlənilir. Hələlik sövdələşmənin şərtləri, miqdarı bəlli deyil.
“GitHub” 2008-ci ildə yaradılıb və İT layihələrinin saxlanılması, eləcə də tərtibatçılar üçün nəzərdə tutulan xidmətdir. Onun bazar dəyəri 2015-ci ildə 2 milyard dollar həcmində qiymətləndirilib.













