Ötən gün Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” televiziya proqramı vasitəsi ilə vətəndaşların suallarını cavablandırıb. Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ölkə liderinə müxtəlif peşə sahiblərindən 1,8 milyon sual ünvanlanıb.
Həmin şəxslər arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqqer Hüseyn Həsənov da olub. O, Putinə sosial şəbəkələrlə bağlı sual verib:
“İnternetdə şayiələr gəzir ki, Rusiyada instaqram, yutub kimi bir sıra sosial şəbəkələr bağlanacaq. Siz bu barədə nə düşünürsüz, Belə bir şey mümkündürmü?”
Xüsusi xidmət orqanlarının əməkdaşları Sankt- Peterburq metrosundakı partlayışlardan sonra terroristlərin yazışmalarının şifrəli olduğuna görə izləyə bilmədiklərini dedilər. Sizcə mən bundan sonra necə reaksiya verməli idim? Axı insanların təhlükəsizliyi hər şeyin başında dayanır”.












