Təxminən 10 min fələstinli Qəzza bölgəsi ilə İsrailin sərhədinə çıxaraq etiraz aksiyası keçiriblər.
Gununsesi.info The Times of Israel-ə istinadən bildirir ki, fələstinlilər sərhəd boyu 5 müxtəlif yerdə şinləri yandırmağa başlayıblar. İsrail ərazisində yanğınlar törətmək üçün onlar çərpələnglərə və hava şarlarına yanan pambıqlar bağlayaraq havaya buraxıblar.
İsrail ordusu sərhəd boyu yüzlərlə snayper yerləşdirib.
Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri ilə toqquşmalarda 525 fələstinli xəsarət alıb. Onların əksəriyyəti gözyaşardıcı qazdan zəhərləniblər.
4 fələstinli həlak olub, 7 nəfər ağır yaralanıb.
Toqquşmanın ilk anlarında Qəzzanın cənubundakı Xan-Yunisin şərqində Ziyad Cədallah Əbdül Qədir, Cəbaliyyənin şimalında isə İmad Nabil əbu Derabini israilli hərbçilər qətlə yetiriblər. Qətlə yetirilənlər arasınad 15 yaşlı yeniyetmə də var.
Yaralıların sayı 621 nəfərə çatıb.













