Cəlilabadda polislə atışan “Şako” - FOTOLARDA

  • Müəllif: admin
  • 10 İyun 2018 00:01
Xəbər verildiyi kimi bir neçə gün əvvəl Cəlilabad rayonunda polislərə qarşı silahlı müqavimət göstərən kriminal şəxs həbs edilib.
Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şako” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.
Gununsesi.info Şahin Həsənovun fotolarını əldə edib.