Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu - FOTO

  • By admin
  • 12 İyun 2018 16:51

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.
Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu - FOTO
Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu - FOTO