Ölənlərin sayı 200-ə çatdı - Nikaraquada iğtişaş

  • Müəllif: admin
  • 16 İyun 2018 10:01

 Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Bu barədə “Nikaraqua insan haqları Assosiasiyasının” nümayəndəsi Alvaro Leyva bildirib.

Onun sözlərinə görə, iyunun 14-də müxalifətin keçirdiyi ümummilli tətil zamanı Naqorote, Masatepe və Tipitapa şəhərlərində ölümlə nəticələnən toqquşmalar qeydə alınıb.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.