Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq

  • Müəllif: admin
  • 18 İyun 2018 09:12

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun olacaq.

Gununsesi.info bildirir ki, günün ilk matçı F qrupunda baş tutacaq. İsveç millisi Cənubi Koreya ilə qarşılaşacaq.

Xatırladaq ki, qrupdakı digər oyunda gözlənilməz nəticə qeydə alınıb- Meksika Almaniyanı məğlub edib.

Daha sonra isə G qrupunun komandaları mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panama, daha sonra İngiltərə Tunislə üz-üzə gələcək.

18 iyun

F qrupu

16:00. İsveç – Cənubi Koreya
Nijni Novqorod. Şəhər stadionu

G qrupu

19:00. Belçika – Panama
Soçi. “Fişt” stadionu

22:00. Tunis – İngiltərə
Volqoqrad. “Volqoqrad Arena”