
Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, şirkətə məxsus “Ford” markalı yük mikroavtobusu Samux küçəsində “Fiat”la toqquşub.
Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.Yaralılar – 1991-ci il təvəllüdlü Ağdam rayon sakini Azərli Əkbər Azər oğlu və 1982-ci il təvəllüdlü Kərimov Zaur Fikrət oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












