
Facebook-un nəhəng aksiyalar paketinin sahibləri Mark Zukerberqi əsasını qoyduğu kompaniyadan devirmək istəyirlər. Gununsesi.info Business Insider -ə istinadən bildirilir ki, sosial şəbəkənin 3 milyardlıq sənədlərinin sahibləri Zukerberqi sədr vəzifəsindən qovulmasına cəhd edirlər. Sərmayədarlar buna səbəb kimi sosial şəbəkənin idarə üsulu ilə bağlı bir sıra problemləri göstərirlər. Nəşrin məlumatına görə, problemlər həll olunmur, çünui kompaniyanın korporativ strukturu Zukerberqi icraçı direktor və idarə rəhbəri kimi toxunulmaz edir.
Aksiya sahibləri Zukerberqin icraçı direktor vəzifəsindən istefaya yollanmasını və onun yerinə müstəqil icraçı direktorun təyin edilməsini vacib sayır.











