Müğənnilər vergidən yayınır -NAZİR MÜAVİNİ

  • Müəllif: admin
  • 28 İyun 2018 09:31

Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər.

Gununsesi.info bildirir ki, bunu  Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: “Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur”.