Heydər Əliyev prospektində qəza  - Piyada ağır yaralandı

  • Müəllif: admin
  • 28 İyun 2018 09:56
Bakının Heydər Əliyev prospektində piyada keçidindən istifadə etməyən kişini maşın vurub.
Gununsesi.info xəbər verir ki, hadisə prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.
1982-ci il təvəllüdlü Əliyev Seyid Mircəfər oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu “90-VF-615” dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobil vurub. Avtomobilin sürücüsü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.