Faktiki hava: Leysan yağır

  • By Admin2
  • 06 İyul 2026 12:23

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.