Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.
Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.
İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.












