Tovuz gömrüyünə yeni rəis təyin edildi

  • Müəllif: admin
  • 28 İyun 2018 15:29

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Gununsesi.info 

xəbər verir ki, Rəşad Babayev Tovuz Gömrük İdarəsinə rəis təyin edilib.  Qeyd edək ki, o, bundan öncə Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən gün R.Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi olan Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.