Vətəndaş Leo Bankın xidmətindən narazıdir.
Gununsesi.info xəbər verir ki, bu barədə o facebook sosial mediada paylaşım edib.
Onun sözlərinə görə, bank tərəfindən kartının bloklanması və bunun səbəbi kimi həyata keçirilmiş köçürmələrin göstərilməsi narazılığına səbəb olub:
“Leo kartımız bloklanıb. Bank tərəfindən bildirilən səbəb 1 avqust tarixində həyata keçirilmiş iki köçürmə əməliyyatıdır.
Məsələ ondan ibarətdir ki, oğlumun tanışı həmin gün bizim eyni karta iki dəfə – 10 AZN və 35 AZN olmaqla, ümumilikdə 45 AZN köçürüb. Bu ödənişlər tərəflər arasında razılaşma əsasında həyata keçirilib. Maraqlıdır ki, həmin şəxsin kartından əvvəllər də oglumun eyni hesabina köçürmələr edilib və heç bir problem yaşanmayıb.
Lakin sonradan həmin şəxs banka müraciət edərək vəsaitin guya həmin hesaba göndərilməməli olduğunu bildirib. Bundan sonra bank kartı bloklayıb.
Bank əməkdaşı isə bildirib ki, ya həmin 45 AZN qarşı tərəfə geri qaytarılmalıdır, ya da kart bloklanmış vəziyyətdə qalacaq. Hazırda isə vəsaiti bizim karta kocuren sexsle əlaqə saxlamaq mümkün deyil.
Məni maraqlandıran sual budur:
Əgər şəxs öz iradəsi ilə etdiyi köçürmədən sonra banka müraciət edib “bu vəsait həmin hesaba göndərilməməli idi” deyərsə, bankın qarşı tərəfin kartını bloklaması qanunidirmi? Belə hallarda bankın bu cür tədbir görməsi qanunvericiliyə uyğundurmu?”.
Firuzə Mahmudova












