Vahid Əhmədov Qubada seçicilərlə görüş keçirdi  — FOTOLAR

  • Müəllif: admin
  • 04 İyul 2018 17:32

Vahid  Əhmədov  Qubada seçicilərlə görüş keçirdi

Millət vəkili Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə görüşüb.

Gununsesi.info  “Ölkə.Az”a istinadən xəbər verir ki, qəbuldan  əvvəl  seçicilərin  arzusu  nəzərə  alınaraq  deputat-seçici  dialoqu  formasında  tədbir  təşkil  olunub.

Arzu  edən  hər  bir  vətəndaşa  istədiyi  məsələ  ətrafında  öz  fikir  və  mülahizələrini  demək  və  cavab  almaq    imkanı  yaradılıb.

İnsanları  narahat  edən  bir  çox  məsələlər- əhalinin  yaşayış  şəraitlərinin  yaxşılaşdırılması  istiqamətində  görülən  işlər, rayonda  kənd  təsərrüfatı  məhsullarının    emalı  üçün  iri    müəssisələrin  açılması, Qubada  turizmin  inkişafı  və  əhalinin  məşğulluğuna  müsbət  təsiri, şəhərin  abadlaşdırılması  işlərinin  daha  keyfiyyətli  və  planlı  aparılması, gənclərin  işlə  təmin  olunmasına  qayğının  artırılması  və  s. problemlər  müzakirə  obyekti  olub.

Görüşdən  sonra  keçirilən  qəbul  zamanı  şəxsi  məsələlərlə  yanaşı, Milli  Məclisdə  qanunların  qəbulu  prosesində  əhalini  maraqlandıran  bir  çox  məsələlərində  öz  əksini  tapması  arzu  olunub.

Bütün  məsələlərlə  bağlı deputat  tərəfindən  müvafiq  araşdırmalar  aparılaraq məsələlərin  icrası nəzarətə  götürülüb.