Sülhməramlılarımız Əfqanıstana yola salındı  - FOTOLAR

  • Müəllif: admin
  • 10 İyul 2018 12:31
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.