
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxması barədə xəbər təsdiqini tapmayıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən şəxsin vəkili Ceyhun yusifov bildirib. Onun sözlərinə görə, dünən yayılan bu xəbər onun ailəsində təlaşa səbəb olub.
Vəkil media nümayəndələrinə bu cür məsələlərdə həssas olmağı tövsiyə edib.
Qeyd edək ki, Vidadi Zeynalov “MTN İşi” çərçivəsində həbs olunanlardan biridir.
Gununsesi.info









