
Norveç Səudiyyə Ərəbistanına silah və hərbi sursat ixracını dayandırdı.
“Gununsesi.org” TRT-yə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər naziri İne Eriksen Soreyde məlumat verib.
Onun sözlərinə görə, bu qərar S.Ərəbistanının Yəmənə hücumu davam etdirməsi ilə bağlıdır.
Qeyd edək ki, Kanada və Almaniya isə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı bu ölkəyə silah satışını dayandırmışdı.












